Xəbərlər
Təhsil işçiləri üçün Qax rayonuna ekskursiya təşkil olunub

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şəmkir Rayon Komitəsinin təşəbbüsü ilə 29 iyul 2026-cı il tarixində Şəmkir rayonu Şahin Əmirov adına Dəllər Cırdaxan kənd tam orta ümumtəhsil məktəbinin pedaqoji kollektivi üçün Qax rayonuna birgünlük tur təşkil edilib
Səfər çərçivəsində iştirakçılar Qaxın füsunkar təbiəti, tarixi və görməli məkanları ilə tanış olub, xoş istirahət edərək maraqlı anlar yaşayıblar. Ekskursiya müəllimlərin asudə vaxtının səmərəli təşkili, kollektiv həmrəyliyinin möhkəmləndirilməsi və motivasiyanın artırılması baxımından əhəmiyyətli olub.
ETİHİ Şəmkir Rayon Komitəsi bundan sonra da üzvlərinin sosial rifahının yüksəldilməsi, asudə vaxtlarının səmərəli təşkili və sağlam istirahətinin təmin olunması istiqamətində tədbirlərin davam etdirilməsini diqqətdə saxlayacaq.





