“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev
Əsas səhifəXəbərlər

Xəbərlər

Tələbələrin yay düşərgəsi çərçivəsində “Şəhərsalma və Memarlıq: Gələcəyə Baxış” mövzusunda tədbir keçirilib

News Image

Tələbələrin yay düşərgəsi çərçivəsində “Şəhərsalma və Memarlıq: Gələcəyə Baxış” mövzusunda tədbir keçirilib

Sentyabrın 8-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə Xaçmaz rayonunda yerləşən “Təhsil” İstirahət Mərkəzində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Şəhərsalma və Memarlıq: Gələcəyə Baxış” mövzusunda tədbir keçirilib.

Tədbir Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə sentyabrın 7-dən 12-dək “Təhsil” İstirahət Mərkəzində keçirilən tələbə düşərgəsi çərçivəsində təşkil olunub.

Görüşdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, Bakı Mühəndislik Universitetinin rektoru Yaqub Piriyev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının rektoru vəzifəsini icra edən Fərid Babayev, Sumqayıt Dövlət Universitetinin rektoru Nurəli Yusifbəyli, Qarabağ Universitetinin rektoru Şahin Bayramov, Azərbaycan Neft və Sənaye Universitetinin rektoru Rüfət Əzizov, Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev, Bakı Avrasiya Universitetinin rektoru Siyavuş Qasımov və 700 -ə yaxın ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrinin tələbələri iştirak ediblər.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin müavini Mirzə Cəfərzadə giriş sözü ilə çıxış edərək tədbirin məqsədi və “Şəhərsalma və Memarlıq İli”nin əhəmiyyəti barədə məlumat verib.

Daha sonra Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Araz Paşayev qonaqlara AHİK rəhbərliyinin səmimi salamlarını çatdırıb və son illərdə həmkarlar hərakatında görülən işlərdən danışıb. İl ərzində komitə tərəfindən həyata keçirilən yay və qış düşərgələri, forumlar, intellektual yarışlar, idman tədbirləri, təlimlər, ekskursiyalar, mədəni proqramlar, könüllülük təşəbbüsləri və sosial layihələrin məhz bu məqsədə xidmət etdiyini diqqətə çatdırıb.

ETİHİ Respublika Komitəsinin sədri onu da vurğulayıb ki, qarşıdakı illərdə bu cür düşərgələr ixtisasyönümlü olacaq və tələbələrin asudə vaxtlarının səmərəli keçirilməsi istiqamində daha innovativ layihələr həyata keçiriləcək. 

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində təşkil olunan tədbirin əsas məruzəçisi Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, memarlıq doktoru, professor, Azərbaycan Respublikasının Əməkdar memarı Gülçöhrə Məmmədova şəhərsalma və memarlığın gələcəyi, müasir şəhər mühitinin formalaşdırılmasında yeni yanaşmalar və bu sahədə gənc mütəxəssislərin rolu barədə fikirlərini bölüşüb. Rektor çıxışında şəhərsalma və memarlıq sahəsində keyfiyyətli mütəxəssis hazırlığının vacibliyinə diqqət çəkib, tələbələri yeni biliklərə yiyələnməyə və yaradıcı düşüncəyə təşviq edib. Professor Gülçöhrə Məmmədova gənclərin gələcəkdə ölkənin şəhərsalma və memarlıq mühitinin inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib.

Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı öz çıxışında  Azərbaycan Həmkarlar İttifaqları Konfedrasiyasına tələbələr üçün yaradılmış şəraitə görə təşəkkürünü bildirərərək son illər peşə təhsilinə gənclərin marağının əvvəlki illərə nisbətən daha çox olmasından həmçinin peşə təhsili müəssiələrində yüksək ixitsaslı texniki mütəxəssislərin hazırlanmasından bəhs edib. 

Daha sonra qonaqlar “Təhsil” İstirahət Mərkəzində ittifaq üzvilərinə yaradılmış şəraitlə tanış olublar. Sonda tələbələrlə ali təhsil müəssisələrinin rəhbərləri xatirə fotosu çəkdiriblər.

Qeyd edək ki, düşərgə çərçivəsində tələbələr üçün intellektual yarışlar,futbol, voleybol, şahmat yarışları, foto və film müsabiqələri keçiriləcək.

Təhsil işçiləri üçün Qarabağa növbəti ekskursiya təşkil olunub

News Image

Təhsil işçiləri üçün Qarabağa növbəti ekskursiya təşkil olunub

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şəmkir Rayon Komitəsinin təşkilatçılığı ilə 6 sentyabr 2026-cı il tarixində Şəmkir rayonu Sadiq Tabiyev adına Dəllər Daşbulaq kənd tam orta ümumtəhsil məktəbinin kollektivi üçün Qarabağa birgünlük ekskursiya təşkil olunub.


Səfərin əsas məqsədi təhsil işçilərinin asudə vaxtının səmərəli təşkili, mənəvi istirahətinin təmin olunması, həmçinin onları işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işləri, Qarabağın zəngin tarixi-mədəni irsi ilə yaxından tanış etmək olub.


Səfər zamanı təhsil işçiləri Qarabağın görməli məkanlarını ziyarət edib, bölgədə aparılan genişmiqyaslı quruculuq işləri ilə tanış olublar. Qürur, sevinc və xoş təəssüratlarla yadda qalan səfər iştirakçılara unudulmaz anlar yaşadıb.


Təhsil işçiləri yaradılan bu gözəl imkan və göstərilən diqqətə görə təşəkkürlərini bildiriblər.

Təhsil işçiləri üçün Qax və İsmayıllı rayonlarına ekskursiya təşkil olunub

News Image

Təhsil işçiləri üçün Qax və İsmayıllı rayonlarına ekskursiya təşkil olunub

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şəmkir Rayon Komitəsinin təşkilatçılığı ilə 5 sentyabr 2026-cı il tarixində Şəmkir rayonu Müşfiq Süleymanov adına Aşağı Seyfəli kənd tam orta ümumtəhsil məktəbinin kollektivi üçün Qax və İsmayıllı rayonlarına birgünlük ekskursiya təşkil olunub.


Səfər iştirakçıları Qax və İsmayıllının gözəl təbiətini, zəngin tarixi-mədəni irsini və görməli məkanlarını yaxından kəşf etmək imkanı qazanıblar. Gün ərzində xoş təəssüratlar, səmimi ünsiyyət və unudulmaz xatirələrlə yadda qalan anlar yaşanıb. Belə ekskursiyalar həmkarlar ittifaqı üzvlərinin asudə vaxtının səmərəli və maraqlı təşkilinə, kollektivlər arasında dostluq, birlik və həmrəyliyin daha da möhkəmlənməsinə mühüm töhfə verir.


Səfərin sonunda məktəb kollektivi təhsil işçilərinin asudə vaxtının səmərəli təşkili, sosial rifahının yüksəldilməsi və mənəvi istirahətinin təmin olunmasına göstərdiyi diqqət və qayğıya görə təşkilatçılara öz dərin minnətdarlıqlarını ifadə ediblər.

Şəmkirli ETİHİ üzvü beynəlxalq yarışda qalib oldu

News Image

Şəmkirli ETİHİ üzvü beynəlxalq yarışda qalib oldu

Bolqarıstanın Albena şəhərində keçirilən Müəllimlərin XXII Yay İdman Oyunları Azərbaycan təhsil işçiləri üçün uğurlu nəticələrlə yadda qalıb.

 

Qürurverici haldır ki, Şəmkir rayonu Kimya və Biologiya Təmayüllü Liseyinin müəllimi Bünyad Əsgərov şahmat üzrə fərdi yarışda I yerə layiq görülərək beynəlxalq yarışın qalibi olub.

 

Bu möhtəşəm nəticə Şəmkir təhsil ictimaiyyəti üçün böyük qürur və sevinc mənbəyidir.

 

Bünyad Əsgərovu bu əlamətdar qələbə münasibətilə ürəkdən təbrik edir, ona gələcək yarışlarda yeni uğurlar və parlaq qələbələr arzulayırıq!

 

Eyni zamanda, təhsil işçiləri arasında idmanın və sağlam həyat tərzinin təbliğinə, həmkarlar ittifaqı üzvləri arasında dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsinə xidmət edən bu möhtəşəm beynəlxalq yarışın təşkilində əməyi olan Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqına və bütün təşkilatçılara təşəkkürümüzü bildiririk. 

ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarını 6 medalla başa vurublar

News Image

ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarını 6 medalla başa vurublar


Bolqarıstanın Albena şəhərində keçirilən Müəllimlərin XXII Yay İdman Oyunlarına yekun vurulub.


Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsinin (ETUCE) üzv təşkilatlarının nümayəndələrinin iştirak etdiyi beynəlxalq yarışlarda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının (ETİHİ) təmsilçiləri uğurlu nəticələr əldə ediblər.


ETİHİ təmsilçiləri yarışları 4 birincilik və 2 üçüncülük olmaqla, ümumilikdə 6 mükafatla başa vurublar.


Mini-futbol üzrə komandamız final görüşündə Polşa təmsilçisini 5:4 hesabla məğlub edərək turnirin qalibi olub.


Stolüstü tennis üzrə komanda yarışlarında qadınlardan ibarət komandamız 1-ci, kişilərdən ibarət komandamız isə 3-cü yeri tutub.


Qadınlar arasında stolüstü tennis üzrə fərdi yarışda Nizami rayonu 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin məşqçi-müəllimi Rüfət Əliyeva 1-ci, Xətai rayonu 56 saylı tam orta məktəbin müəllimi Xəyalə Qiyasova isə 3-cü yeri tutub. Şahmat üzrə fərdi yarışda isə Şəmkir rayonu Kimya və Biologiya Təmayüllü Liseyinin müəllimi Bünyad Əsgərov 1-ci yerə layiq görülüb.


Sonda qaliblər Bolqarıstan Müəllimlər Birliyinin prezidenti Yanka Takeva, Bolqarıstan Müstəqil Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti Todor Kapitanov, Bolqarıstan İşçilərinin İdman və Sağlamlıq Federasiyasının prezidenti, İşçilərin İdmanı üzrə Balkan Assosiasiyasının vitse-prezidenti Desislava Yagodin və Varna şəhərinin meri Blagomir Kotsev tərəfindən kubok və medallarla təltif olunublar.


Beynəlxalq yarış təhsil işçiləri arasında sağlam həyat tərzinin təşviqində, eləcə də həmkarlar ittifaqı üzvləri arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında mühüm rol oynayır.


Qeyd edək ki, 2004-cü ildən etibarən keçirilən bu yarışlarda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunmuş respublika idman yarışlarında yüksək nəticələr göstərərək seçilmiş ittifaq üzvləri iştirak edirlər.

Təhsil işçiləri üçün Şəki və Mingəçevirə ekskursiya təşkil olunub

News Image

Təhsil işçiləri üçün Şəki və Mingəçevirə ekskursiya təşkil olunub

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şəmkir Rayon Komitəsinin təşkilatçılığı ilə 30 avqust 2026-cı il tarixində Şəmkir rayonu Barlıbağ qəsəbə körpələr evi-uşaq bağçasının və Qarabağlar kənd körpələr evi-uşaq bağçasının kollektivləri üçün Şəki rayonuna və Mingəçevir şəhərinə birgünlük ekskursiya təşkil edilib.

 

Səfər iştirakçıları Şəkinin əsrarəngiz təbiəti, qədim tarixi və zəngin mədəni irsi ilə yaxından tanış olub, Mingəçevirin gözəl mənzərələrini seyr edərək xoş vaxt keçiriblər.

 

Günün sonunda həmkarlar üçün bu səfər yalnız istirahət deyil, həm də səmimi ünsiyyət, dostluq və birlik duyğularının daha da möhkəmləndiyi unudulmaz bir günə çevrilib.

 

Təhsil işçilərinin asudə vaxtının səmərəli təşkili, onların sosial-mədəni istirahət imkanlarının genişləndirilməsi və kollektivlər arasında həmrəyliyin gücləndirilməsi istiqamətində bu cür tədbirlərin keçirilməsi böyük əhəmiyyət daşıyır.

 

Ekskursiyanın yüksək səviyyədə təşkilinə, göstərilən diqqət və qayğıya görə kollektiv üzvləri təşəkkürlərini bildiriblər.

Təhsil işçiləri üçün Şəki rayonuna və Mingəçevir şəhərinə ekskursiya təşkil olunub

News Image

Təhsil işçiləri üçün Şəki rayonuna və Mingəçevir şəhərinə ekskursiya təşkil olunub

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şəmkir Rayon Komitəsinin təşkilatçılığı ilə 30 avqust 2026-cı il tarixində Şəmkir rayonu Dəllər Cırdaxan kənd körpələr evi-uşaq bağçasının kollektivi üçün Şəki rayonuna və Mingəçevir şəhərinə birgünlük ekskursiya təşkil olunub.

 

Səfər iştirakçıları Şəkinin füsunkar təbiətini, zəngin tarixini və qədim mədəni irsini yaxından tanımaq, Mingəçevirin gözəl mənzərələrindən zövq almaq imkanı əldə ediblər. Gün ərzində həmkarlar birlikdə xoş, səmimi və unudulmaz anlar yaşayıblar.

 

Bu cür sosial-mədəni tədbirlər təhsil işçilərinin asudə vaxtının səmərəli təşkilinə, kollektivlər arasında dostluq, birlik və həmrəyliyin daha da güclənməsinə mühüm töhfə verir.

 

Ekskursiyanın təşkilinə, göstərilən diqqət və qayğıya görə kollektiv üzvləri təşəkkürlərini bildiriblər.

ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarında uğurla çıxış edirlər

News Image

ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarında uğurla çıxış edirlər


Bolqarıstanın Albena şəhərində Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsinin (ETUCE) üzv təşkilatlarının nümayəndələrinin iştirakı ilə Müəllimlərin XXII Yay İdman Oyunları keçirilir.


Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının (ETİHİ) üzvləri də bu beynəlxalq yarışlarda iştirak edirlər.


Azərbaycan təmsilçiləri mini-futbol, stolüstü tennis, basketbol, çimərlik voleybolu və şahmat olmaqla 5 idman növündə mübarizə aparırlar.


Avqustun 27-28-də keçirilən yarışlarda ittifaq üzvlərimiz bir sıra uğurlu nəticələr əldə ediblər.


Mini-futbol üzrə komandamız qrup mərhələsini 6 xalla başa vuraraq yarımfinala yüksəlib. Yarımfinalda Bolqarıstanın “Vraça” komandasını 3:1 hesabı ilə məğlub edən təmsilçilərimiz finala vəsiqə qazanıblar.


Stolüstü tennis üzrə qadın və kişi komandalarımız da qrup mərhələsində keçirdikləri bütün qarşılaşmalarda qələbə qazanıblar. Qadınlardan ibarət komandamız 6 xalla, kişilərdən ibarət komandamız isə 8 xalla qrup mərhələsini lider kimi başa vuraraq final mərhələsinə yüksəliblər.


Şahmat üzrə fərdi yarışlarda Şəmkir rayon Kimya-biologiya təmayüllü liseyin müəllimi Bünyad Əsgərov I yeri tutub. O, həlledici qarşılaşmada Polşanın “ZNP” komandasının təmsilçisinə qalib gələrək yarışın qalibi olub.


Qeyd edək ki, Müəllimlərin Yay İdman Oyunları 2004-cü ildən etibarən ənənəvi olaraq hər il Bolqarıstanda keçirilir. Oyunlarda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümlərinə həsr edilən ölkədaxili idman yarışlarında yüksək nəticələr göstərərək münsiflər heyəti tərəfindən seçilən ittifaq üzvlərimiz iştirak edirlər.


Yarışlar avqustun 30-dək davam edəcək.

Təhsil işçiləri üçün Qarabağa növbəti ekskursiya təşkil olunub

News Image

Təhsil işçiləri üçün Qarabağa növbəti ekskursiya təşkil olunub

29 avqust 2026-cı il tarixində Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şəmkir Rayon Komitəsinin təşkilatçılığı ilə Şəmkir şəhəri Habil Əliyev adına 2 nömrəli körpələr evi-uşaq bağçasının və 5 nömrəli körpələr evi-uşaq bağçasının kollektivləri üçün Qarabağa birgünlük ekskursiya təşkil olunub.

 

Bu səfər təkcə istirahət deyil, həm də Zəfərimizin izlərini görmək, tariximizi yaşamaq və azad Qarabağımızın bu gününü yaxından müşahidə etmək baxımından böyük əhəmiyyət daşıyıb. Səfər iştirakçıları Qarabağın əsrarəngiz təbiətini, tarixi və mədəni məkanlarını ziyarət edib, işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı abadlıq, quruculuq və yenidənqurma işləri ilə yaxından tanış olublar.

 

Qarabağda olmaq, üçrəngli bayrağımızın dalğalandığı torpaqlarda addımlamaq hər bir iştirakçı üçün qürurverici və unudulmaz hisslər yaşadıb. Təhsil işçiləri bu gözəl səfərin təşkilinə və onlara göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər.

Təhsil işçiləri üçün Şəki və Qax rayonlarına ekskursiya təşkil olunub

News Image

Təhsil işçiləri üçün Şəki və Qax rayonlarına ekskursiya təşkil olunub

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şəmkir Rayon Komitəsinin təşkilatçılığı ilə 29 avqust 2026-cı il tarixində Şəmkir rayonu Xuluf kənd körpələr evi-uşaq bağçasının kollektivi üçün Şəki və Qax rayonlarına birgünlük ekskursiya təşkil olunub.


Səfər iştirakçıları Şəki və Qaxın zəngin təbiətini, tarixi-mədəni irsini və gözəl turizm məkanlarını yaxından görmək, xoş təəssüratlar yaşamaq imkanı əldə ediblər.

 

Belə səfərlər əməkdaşların asudə vaxtlarının səmərəli keçirilməsinə, kollektiv daxilində səmimi münasibətlərin, birlik və həmrəyliyin daha da möhkəmlənməsinə mühüm töhfə verir.

 

Gözəl xatirələrlə yadda qalan səfər münasibətilə kollektiv həmkarlar ittifaqına göstərilən diqqət və qayğıya görə təşəkkürünü bildirib.

Təhsil işçiləri üçün Qarabağa növbəti ekskursiya təşkil olunub

News Image

Təhsil işçiləri üçün Qarabağa növbəti ekskursiya təşkil olunub

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şəmkir Rayon Komitəsinin təşkilatçılığı ilə 25 avqust 2026-cı il tarixində Şəmkir şəhəri Fərman Salmanov adına tam orta ümumtəhsil məktəbinin kollektivi üçün Qarabağa birgünlük ekskursiya təşkil olunub.


Səfərin əsas məqsədi təhsil işçilərinin asudə vaxtının səmərəli təşkili, onların mənəvi istirahətinin təmin olunması və Qarabağın zəngin tarixi-mədəni irsi ilə yaxından tanış olmalarına şərait yaratmaqdır.


Ekskursiya iştirakçıları işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri ilə tanış olub, bölgənin tarixi və görməli məkanlarını ziyarət ediblər. Qarabağın bu günkü inkişafını yaxından görmək iştirakçılarda böyük qürur və xoş təəssüratlar yaradıb. Təhsil işçiləri yaradılan bu gözəl imkan, göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər.

Təhsil işçiləri üçün Şəki rayonuna ekskursiya təşkil olunub

News Image

Təhsil işçiləri üçün Şəki rayonuna ekskursiya təşkil olunub

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şəmkir Rayon Komitəsinin təşkilatçılığı ilə 23 avqust 2026-cı il tarixində Şəmkir şəhəri 8 nömrəli körpələr evi-uşaq bağçasının kollektivi üçün Şəki rayonuna birgünlük ekskursiya təşkil olunub.


Səfər zamanı təhsil işçiləri Şəkinin füsunkar təbiəti, zəngin tarixi və görməli məkanları ilə tanış olub, birlikdə xoş və yaddaqalan anlar yaşayıblar.


Belə tədbirlər həm həmkarlar ittifaqı üzvlərinin asudə vaxtının səmərəli təşkilinə, həm də kollektivlər arasında dostluq, birlik və həmrəyliyin daha da möhkəmlənməsinə xidmət edir.


Təhsil işçiləri göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər.