Xəbərlər
Təhsil işçiləri üçün Qarabağa növbəti ekskursiya təşkil olunub

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şəmkir Rayon Komitəsinin təşəbbüsü ilə 25 iyul 2026-cı il tarixində Şəmkir rayonu Kür qəsəbə körpələr evi-uşaq bağçasının kollektivi üçün Qarabağ bölgəsinə birgünlük tur təşkil edilib.
Bu səfər kollektiv üzvlərinin vətənpərvərlik ruhunun daha da gücləndirilməsi, milli-mənəvi dəyərlərimizin təbliği və həmkarlar arasında birliyin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşımışdır.
Şuşa şəhərinə təşkil olunan ekskursiyadan əldə olunan xoş təəssüratlar iştirakçıların yaddaşında unudulmaz xatirə kimi qalacaqdır.Bu səfərin təşkilində göstərdiyi dəstəyə görə AHİK-ə, ETİHİ Respublika Komitəsi və Şəmkir rayon komitəsinə təşəkkür ediblər.
Şəhidlərimizin ruhu qarşısında baş əyirik,qazilərimizə can sağlığı arzu edirik.








