Xəbərlər
Təhsil işçiləri üçün Qarabağa növbəti ekskursiya təşkil olunub

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şəmkir Rayon Komitəsinin təşəbbüsü ilə 25 iyul 2026-cı il tarixində Şəmkir rayonu Dəllər qəsəbəsi 1 nömrəli körpələr evi-uşaq bağçası və Şəmkir rayonu Dəllər qəsəbəsi 2 nömrəli körpələr evi-uşaq bağçasının kollektivi üçün Qarabağ bölgəsinə birgünlük tur təşkil edilib.
Səfərin əsas məqsədi həftəsonu həmkarlar ittifaqı üzvlərinin istirahətinin səmərəli təşkili, onların asudə vaxtlarının daha faydalı və mənalı keçirilməsinin təmin edilməsi olub.
Bir günlük tur çərçivəsində iştirakçılar həmkarlar ittifaqı üzvlərinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinə və Şəmkir Rayon Komitəsinə minnətdarlıqlarını ifadə ediblər.





