“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Təhsil işçiləri üçün Qarabağa növbəti ekskursiya təşkil olunub

24/07/2026, 11:31
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şəmkir Rayon Komitəsinin təşəbbüsü ilə 24 iyul 2026-cı il tarixində Şəmkir şəhəri Məhəmməd Füzuli adına təbiət və humanitar fənlər təmayüllü məktəb-liseyinin pedaqoji kollektivi üçün Ağdam–Əsgəran–Xankəndi–Şuşa istiqamətində ekskursiya təşkil olunub.


Səfərin məqsədi təhsil işçilərinin asudə vaxtlarının səmərəli təşkili, mənalı istirahətinin təmin edilməsi, eləcə də Qarabağın tarixi, mədəni və mənəvi irsi ilə yaxından tanış olmaları üçün şərait yaratmaq olub.

Ekskursiya iştirakçıları səfər çərçivəsində tarixi və əlamətdar məkanları ziyarət edərək həmin ərazilərin zəngin tarixi və mədəni irsi haqqında ətraflı məlumat əldə ediblər.


Təhsil işçiləri göstərilən diqqət və qayğıya görə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqına təşəkkürlərini bildirərək bu cür maarifləndirici və sosial əhəmiyyətli tədbirlərin davamlı keçirilməsinin vacibliyini vurğulayıblar.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: