“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Təhsil işçiləri üçün Qarabağa növbəti ekskursiya təşkil olunub

22/07/2026, 12:58
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şəmkir Rayon Komitəsinin təşəbbüsü ilə 22 iyul 2026-cı il tarixində Şəmkir rayonu Qarabağlar kənd tam orta ümumtəhsil məktəbinin pedaqoji kollektivi üçün Qarabağ bölgəsinə birgünlük tur təşkil edilib .


İttifaq üzvləri Qarabağda gedən quruculuq abadlıq işlərilə tanış olmuş, tarixi abidələri və Cıdır düzündə qəhrəman əsgərlərimizin döyüş yerlərini ziyarət etmişlər. Ekskursiya zamanı iştirakçılar işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işlərini yerində izləyib, bölgənin görməli məkanlarını ziyarət edərək zəngin təəssüratlar qazanıblar.


Təhsil işçiləri onlar üçün yaradılan bu gözəl imkana görə təşkilatçılara təşəkkürlərini bildirərək, göstərilən diqqət və qayğını yüksək dəyərləndiriblər.

Səfərin məqsədi təhsil işçilərinin asudə vaxtlarının səmərəli təşkili, mənəvi istirahətlərinin təmin olunması, eləcə də onların Qarabağın zəngin tarixi və mədəni irsi ilə yaxından tanış olmalarına şərait yaratmaq olub. 

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: