“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Təhsil işçiləri üçün Qarabağa növbəti ekskursiya təşkil olunub

26/07/2026, 20:49
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şəmkir Rayon Komitəsinin təşəbbüsü ilə 26 iyul 2026-cı il tarixində Şəmkir rayonu Yeni yol kənd və Səməd Vurğun qəsəbə körpələr evi-uşaq bağçasının kollektivi üçün Qarabağ bölgəsinə birgünlük tur təşkil edilib


Səfərin məqsədi təhsil işçilərinin asudə vaxtlarının səmərəli təşkili, mənalı istirahətinin təmin edilməsi, eləcə də Qarabağın tarixi, mədəni və mənəvi irsi ilə yaxından tanış olmaları üçün şərait yaratmaq olub.

Ekskursiya iştirakçıları səfər çərçivəsində tarixi və əlamətdar məkanları ziyarət edərək həmin ərazilərin zəngin tarixi və mədəni irsi haqqında ətraflı məlumat əldə ediblər.


İttifaq üzvləri göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildirərək, bu cür maarifləndirici və sosial əhəmiyyətli tədbirlərin davamlı keçirilməsinin vacibliyini vurğulayıblar.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: