“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev

Rəhbərlik

Sədr

Alıyev Amin Əlirövşən oğlu

Doğum tarixi

1983: anadan olmuşdur.


Təhsil

2000-2004: Gəncə Dövlət Universitetinin Riyaziyyat fakültəsində bakalavr təhsili alıb.

2011: Təhsil Nazirliyi və UNİCEF -nin Yeni fənn kurikulumlarının tətbiqi ilə əlaqədar “Öyrədənlərin öyrədəni” ” Təlimçi təlimi kursunu bitirib və sertifikat alıb.

2014: Edumedia Azərbaycan MMC-nin “Promethean interaktiv texnologiyalarının təhsilə tətbiqi üzrə təlim” Təlimçi təlimi kursunu bitirib və sertifikat alıb.

2016: Azərbaycan Təhsil Nazirliyi və Nobel-T MMC-nin təşkil etdiyi Distant təhsildə elektron təhsil resurslarında istifadə, Distant təhsildə İKT avadanlıqlarından və texniki vasitələrdən istifadə üzrə təlim kursu bitirib, sertifikat alıb. 

2019: Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu və İTE Əlavə Təhsil Mərkəzinin təşkil etdiyi İnformatika fənninin məzmunu üzrə ixtisasartırma təlimi kursunu bitirib və sertifikat alıb.

Karyera

2005-2017: Şəmkir şəhər N.Gəncəvi adına tam orta məktəbdə (indiki F.Salmanov adına tam orta məktəbdə) müəllim vəzifəsində işləyib.

2005-2008: “KÜR” EAİ MMC-də Region üzrə mühəndis vəzifəsində fəaliyyət göstərib.

2009-2015: Azərbaycan Təhsil Şəbəkəsi “Azedunet MMC” -də Texniki mütəxəssis vəzifəsində çalışıb.

2009-2021: Şəmkir Rayon Təhsil Şöbəsində Metodist vəzifəsində çalışıb.

2021-2022: Şəmkir Rayon Təhsil Şöbəsində Metodik Kabinetin müdiri vəzifəsində çalışıb.

2015-2024: Şəmkir şəhər N.Gəncəvi adına tam orta məktəbin (indiki F.Salmanov adına tam orta məktəb) nəzdində Distant təhsil mərkəzində Mərkəz rəhbəri vəzifəsində çalışıb.

2022-2024: Qazax-Tovuz Regonal Təhsil İdarəsi Şəmkir rayonu üzrə Təhsil Sektoru Metodist vəzifəsində çalışıb.

2024-2025: Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şəmkir Rayon Komitəsinin Komissiya üzvlərinin səsverməsi ilə məsləhətçi vəzifəsinə seçilib.

2025: Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şəmkir Rayon Komitəsinin Komissiya üzvlərinin səsverməsi ilə sədr vəzifəsinə seçilib.


Xarici dillər

İngilis

Rus


Ailəlidir, 2 övladı var.